Bakı. Trend:
“Sabah” komandasında yeni baş məşqçi təyinatı gerçəkləşib.
Klubdan Trend-ə verilən məlumata görə, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb. O, Bakı təmsilçisinin sükanı arxasında Krunoslav Renduliçi əvəzləyib.
Qeyd edək ki, gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın MOİK (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).
V.Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).