...

Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb

Cəmiyyət Materials 25 Noyabr 2024 18:56 (UTC +04:00)
Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında aşağıdakı dəyişikliklər edilib:

- Respublika Qan Bankı

- Respublika Qan Bankının Gəncə bölməsi

- Respublika Qan Bankının Şəki bölməsi

- Respublika Qan Bankının Quba bölməsi

- Respublika Qan Bankının Sumqayıt bölməsi

- Respublika Qan Bankının Lənkəran bölməsi

- Respublika Qan Bankının Bərdə bölməsi

- Respublika Qan Bankının Şirvan bölməsi

- Respublika Qan Bankının Mingəçevir bölməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti