...

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 25 Noyabr 2024 17:26 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya “Alfa Sığorta” və VSK sığorta şirkətləri, eləcə də 30 Rusiya neft tankeri ilə bağlı sanksiyalar tətbiq edib.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniya hakimiyyəti “Alfa Sığorta” və “Sığortra evi VSK” şirkətlərinin sanksiya siyahısına daxil edilməsini, onların “Rusiya hökumətinə strateji əhəmiyyətli sektorda fəaliyyət göstərərək dəstək vermək və bu fəaliyyət nəticəsində mənfəət əldə etməkdə” ittiham edilməsi ilə əsaslandırıb.

Gəmilərlə bağlı isə bildirilib ki, onların sanksiyalara məruz qalması, Ukraynanın “sabitliyini pozmaq, ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıtmaq” kimi fəaliyyətlərdə iştirak etdikləri ehtimalına əsaslanıb.

Sənəddə qeyd edilir ki, sanksiyaya düşən gəmilər Rusiyadan üçüncü ölkələrə neft və neft məhsulları daşımaq üçün istifadə edilir. Bu tədbirlər Rusiya iqtisadiyyatına təzyiqləri artırmaq və əvvəllər tətbiq edilən sanksiyaların açılmasını məhdudlaşdırmaq məqsədilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti