Bakı. Trend:
Türkiyənin Van vilayətində terror təşkilatlarına qarşı aparılan istintaq işləri çərçivəsində 11 şübhəli şəxs saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Vilayət Polis İdarəsi məlumat verib.
Məlumatda bildirilir ki, terror təşkilatlarının fəaliyyətinin ifşa edilməsi və qarşısının alınmasına yönəlmiş işlər davam edir.
Polis qrupları tərəfindən 17-24 noyabr tarixlərində keçirilən əməliyyatlarda 7 PKK/KCK, 1 dini sui-istifadə edən terror təşkilatı və 3 FETÖ şübhəlisi tutulub.
Qeyd edilib ki, şübhəlilər barəsində hüquqi tədbirlər görülüb.