...

Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək

İqtisadiyyat Materials 26 Noyabr 2024 12:53 (UTC +04:00)
Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.

Trend xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov "Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində mühüm addımlar atılmaqdadır:

"Bu addımlardan biri kimi torpaq sahələri üzrə icarənin ƏDV-yə cəlb edilməməsini qeyd edə bilərəm.

Hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqı ƏDV-dən azad edilir. Eyni zamanda, ƏDV-nin vergitutma obyekti ilə bağlı Vergi Məcəlləsinin normaları arasında uzlaşdırma aparılır".

"Qeyd edim ki, fiziki şəxslər tərəfindən torpaqların icarəyə verilməsi qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Bu səbəbdən icarə haqqı ƏDV-yə cəlb edilmir", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti