Bakı. Trend:
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Trend PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 14-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Səbail” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
Eyni matçın 62-ci dəqiqəsində “Səbail”in azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə klub 500 manat cərimələnib.
Həmin oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı təmsilçisi 800 manat cərimə edilib.
“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimələnib.
“Turan Tovuz” – “Sabah” görüşündə “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.
“Sumqayıt” – “Şamaxı” oyununun 78-ci dəqiqəsində “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimələnib.