Bakı. Trend:
“ADY Konteyner” MMC "ADY Ekspress” MMC-yə qoşulması ilə əlaqədar ləğv olunduğunu elan edir.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Bildirilib ki, kreditorlar tələblərini iki ay ərzində AZ1025, Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 13A (Xətai Plaza) ünvanına bildirə bilərlər.
Eyni zamanda “ADY Ekspress” “ADY Konteyner” MMC-nin ona qoşulması ilə yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, “ADY Konteyner” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 milyon 829 min 57 manat olan MMC-nin qanuni təmsilçisi Mədətli Əkbər Eynulla oğludur.
"ADY Ekspress” MMC isə ilk dəfə 2015-ci ildə “Karvan Logistics" MMC adı altında dövlət qeydiyyatına alınıb. 2016-cı ildə rebrendiq edərək "ADY Ekspress” MMC olaraq yenidən dövlət qeydiyyatından keçib. Nizamnamə kapitalı 1 911 634 manat olan MMC-nin qanuni təmsilçisi Mədətli Əkbər Eynulla oğludur.