Bakı. Trend:
Şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir.
Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 28 noyabr 2024-cü il saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start veriləcək.
İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılacaq.
Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçiriləcək.
Elektron qəbulun tətbiqində məqsəd müraciət prosesinin sürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eyni zamanda məktəbdənkənar təhsil imkanlarının genişləndirilməsidir.