Bakı. Trend:
2023-cü ildə dünyada 85 minə yaxın qadın və qız cinayət qurbanı olub. Qətllərin 60 faizi ailə üzvləri tərəfindən törədilib.
Trend xəbər verir ki, bu rəqəmlər Birləşmiş Millətlər Təşkilatının bazar ertəsi günü açıqladığı hesabatda yer alıb.
Məlumata görə, ötən il hər 10 dəqiqədə bir qadın həyat yoldaşı və ya digər ailə üzvləri tərəfindən qətlə yetirilib. Bu göstərici üzrə ən yüksək nisbət Afrikada qeydə alınıb. İkinci və üçüncü yerlərdə Şimali və Cənubi Amerika, həmçinin Okeaniya gəlir.
BMT vurğulayır ki, qadın qətlləri ilə bağlı yeni hesabat qurbanlara adekvat dəstəyi təmin etməklə cinayətkarları məsuliyyətə cəlb edən güclü ədalət sistemlərinin qurulmasına ciddi ehtiyac olduğunu göstərir.