...

Ayrılan vəsait təhsil sahəsində həllini gözləyən bir sıra məsələlərin həll ediləcəyini göstərir - Deputat

Cəmiyyət Materials 26 Noyabr 2024 12:51 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin dövlət büdcəsi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiya”sının uğurlu icrasının real əsasıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev deyib.

B.Əliyev vurğulayıb ki, növbəti ilin büdcəsi ölkəmizin növbəti ildə də yeni böyük layihələri həyata keçirəcəyini, o cümlədən, 850000 keçmiş məcburi köçkünün ilk növbədə 140 mindən çoxunun yenidən qurulan və “ağıllı şəhər”, “ağıllı kənd” kimi cənnətə çevrilən Qarabağa, Şərqi Zəngəzura tezliklə qayıdacağını təmin edəcək.

“2025-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərclərin 16909,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2024-cü illə müqayisədə 1370,0 milyon manat çoxdur. Dövlət sifarişli tələbə qəbulu yerlərinin, tələbə təqaüdlərinin həcminin, təhsil tələbə kreditlərinin artırılması, orta ixtisas və peşə təhsilinə təqribən 187 milyon manat vəsaitin ayrılması göstərir ki, bu sahədə növbəti ildə həllini gözləyən bir sıra məsələlər həll ediləcək.

Bütün bunlar bir daha onu göstərir ki, dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın daha yaxşı və təhlükəsiz həyat fəaliyyətinin təmin edilməsi dayanır. Hesab edirəm ki, hökumət bu məsələlərin həllinə diqqətlə yanaşır və səmərəli fəaliyyət göstərir”, - deyə deputat bildirib.

O qeyd edib ki, bütövlükdə 2025-ci ilin dövlət büdcəsi qanunvericiliyin tələblərinə uyğun olaraq yüksək peşəkarlıqla hazırlanıb və qarşıya qoyulmuş vəzifələrin həlli üçün real zəmin yaradır.

Xəbər lenti

Xəbər lenti