...

Yağıntılarla əlaqədar bəzi çaylarda sululuq artıb

Cəmiyyət Materials 26 Noyabr 2024 09:45 (UTC +04:00)
Yağıntılarla əlaqədar bəzi çaylarda sululuq artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisinə yağan yağıntılarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin 26 noyabr saat 9:00-a olan məlumatında bildirirlib.

Məlumata əsasən, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçayda suyun səviyyəsində 20 sm, Təngərüdçayda 11, Lənkərançayda 9, Şərətükçayda 4, Böyük Qafqazın ərazisindən axan Katexçayda və Qarasuçayda 3, Əyriçayda və Qudiyalçayda 2, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda və Gəncəçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Quruçayda 16, Tərtərçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində isə 6 sm artm qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti