Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 26-sı saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Trend
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat
yayıb.
Bildirilib ki, Lənkəran-Astara zonasında 10-30 mm, əksər rayonlarda
7 mm, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək yağış qeydə
alınıb.
Şahdağda isə qar örtüyünün hündürlüyü 1 sm-dir.
Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ağstafa, Qax, Zaqatala,
Şəki, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Yevlax, Göyçay,
Beyləqan, Lerik, Balakən, Şamaxı, Sumqayıtda duman müşahidə
olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan
MR-da 12, Aran rayonlarında 10, dağlıq rayonlarda 6 dərəcəyədək
isti qeydə alınıb.