...

Türkiyədə terror təşkilatlarına qarşı əməliyyatlar - 50 nəfər saxlanıldı

Dünya xəbərləri Materials 26 Noyabr 2024 11:05 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ)/Paralel Dövlət Quruluşu (PDY) və PKK/KCK terror təşkilatlarına qarşı aparılan istintaq çərçivəsində 19 şəhərdə eyni vaxtda keçirilmiş əməliyyatlarda 50 nəfərin həbs olunması barədə qərar verilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prokurorluğun Terror Cinayətləri İstintaq Bürosu açıqlama yayımlanıb.

Açıqlamaya görə, FETÖ/PDY silahlı terror təşkilatının Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyindəki qurumlara nüfuz etmək, öz tərəfdarlarını yerləşdirmək, kadrlar üzərində nəzarəti təmin etmək məqsədilə həyata keçirdiyi fəaliyyətdə iştirak edən, aralarında hələ də müxtəlif dövlət qurumlarında işləyən 7 nəfərin də olduğu ümumilikdə 35 nəfər haqqında həbs qərarı çıxarılıb.

“Bundan əlavə, PKK/KCK silahlı terror təşkilatının Türkiyədəki fəaliyyətini koordinasiya etmək məqsədilə yaradılmış, "Kürdüstan Demokratik Cəmiyyəti/Türkiyə Masası (KCK/TM)" adlandırılan struktura aid olduqları və təşkilatın komitələrində iştirak etdikləri barədə ifadələri, peşmanlıq bəyanatları və texniki analizlər əsasında müəyyən edilmiş 15 şübhəli haqqında həbs qərarı verilib”, - açıqlamada bildirilir.

Qeyd edilib ki, Ankara mərkəz olmaqla 19 şəhərdə keçirilən eyni vaxtlı əməliyyatlarda həbs olunan ümumilikdə 50 nəfərin Ankara Respublika Prokurorluğuna təhvil verilməsi üzrə proseslərin Ankara şəhər Polis İdarəsi tərəfindən davam etdirildiyi bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti