Bakı. Trend:
Yaponiyanın paytaxtı Tokioda yerləşən “Amazon Japan” şirkətinin baş ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarışlar aparılıb.
Trend xəbər verir ki,bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
Bildirilib ki, “Amazon Japan” şirkəti antiinhisar qanunvericiliyini pozmaqda şübhəli bilinir.
Yaponiyanın Dövlət Ədalətli Ticarət Komissiyası hesab edir ki, “Amazon”un Yaponiyadakı baş ofisi pərakəndə satıcıları öz məhsullarının qiymətlərini digər onlayn platformalardakından daha aşağı səviyyədə təyin etməyə məcbur edir.
Şirkət, həmçinin, pərakəndə satıcıları öz logistika xidmətlərindən istifadə etməyə məcbur etməkdə şübhəli bilinir; əvəzində “Amazon Japan” həmin satıcıların məhsullarını öz saytında daha görünən mövqelərə yerləşdirir.
“Yaponiya Dövlət Komissiyası əmindir ki, bu cür təcrübələr ölkədə mövcud olan antitrest qanunvericiliyinin pozulmasıdır”, - məlumatda qeyd olunub.