...

Bu il müştərilərinə ən çox sığorta ödənişi edən şirkətlər açıqlanıb - SİYAHI

İqtisadiyyat Materials 26 Noyabr 2024 18:00 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta ödənişləri 622,3 milyon manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.

Məlumata görə, ödənişləri ən yüksək olan şirkətlər 356 milyon 220 min manatla "Paşa Həyat Sığorta" və 116 milyon 203 min manatla "Paşa Sığorta" şirkətləri olub.

Bu dövrdə “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin ödənişləri 40 milyon 682 min manatı keçib. Hesabat dövründə “Atəşgah” Sığorta Şirkəti isə 20 milyon 686 min manat sığorta ödənişi edib.

Hesabat dövründə ən çox sığorta ödənişləri edilənlərin siyahısında növbəti pillədə "Qala Sığorta" Açıq Səhmdar Cəmiyyəti qərarlaşıb. Bu sığorta şirkətinin ödənişləri 13 milyon 49 min manata çatıb.

"Meqa Sığorta"nın ödənişləri isə 12 milyon 364 min manata, “A-Qroup Şirkəti”nin ödənişləri isə 10 milyon 949 min manata yaxınlaşıb.

Hesabat dövründə ən aşağı ödənişlər "İpək Yolu Sığorta"da qeydə alınıb. Belə ki, bu sığorta şirkətinin ödənişləri 247 min manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti