Bakı. Trend:
Kosta-Rikada “Cessna 206” tipli kiçik təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, qəza yerində sağ qalan 31 yaşlı qadın tapılıb.
Məlumata görə, xilasetmə qrupları hadisə yerinə çatdıqda, qadın özündə olub.
Qeyd edilib ki, axtarış qrupları həmçinin, iki nəfərin cəsədini təyyarənin içində, üç nəfərin isə kənarda aşkarlayıblar. Təyyarədə olan sərnişinlər və ekipaj üzvlərinin hamısı Kosta-Rika vətəndaşları olub.