...

Baş Prokurorluq korrupsiya cinayətləri ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 5 Yanvar 2012 12:36 (UTC +04:00)
Baş Prokurorluq korrupsiya cinayətləri ilə bağlı məlumat yayıb.
Baş Prokurorluq korrupsiya cinayətləri ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 5 yanvar / Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq korrupsiya cinayətləri ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Tovuz rayon sakini Cəfər Yusifov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Rəhim Məmmədovun 2-ci qrup əlillik dərəcəsinin verilməsi üçün ondan 1.000 manat məbləğində rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət edib.

Müraciət əsasında toplanmış material üzrə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Rəhim Məmmədov həmin komissiyanın həkim ekspert-cərrahı Əli Həsənovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti vəzifələrinin icrası ilə əlaqədar Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsinin müqabilində 1.000 manat məbləğində rüşvət alıb.

Törətdikləri cinayət əməllərinə görə Rəhim Məmmədov və Əli Həsənova Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Vahid Gülmalıyevin qanunsuz hərəkətləri barədə toplanmış material üzrə də cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Fərəcov Talıb Fərəc oğlunun xeyrinə qərar qəbul etmək, yəni onun təkrar müayinədən keçirilib 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün 4 oktyabr 2011-ci il tarixdə 500 manat məbləğində pul tələb edib.

Ertəsi gün 11 saylı TSEK-in binasında, komissiya üzvlərinin xidməti otağında maddi nemət olan 400 manat məbləğdə pulu rüşvət kimi alıb.

Törətdiyi cinayət əməlinə görə Vahid Gülmalıyevə Cinayət Məcəlləsinin rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan 311.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti