Bakı. Trend:
Texniki səbəblərdən gecikən Bakı-Naxçıvan reysi yola düşüb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları”ndan bildirilib.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin texniki səbəblərdən gecikən Bakı-Naxçıvan istiqamətində J2-261 nömrəli reysinin sərnişinləri başqa təyyarə ilə yola salınıb. Təyyarə yerli vaxtla saat 09.15-də Naxçıvana yola düşüb", - məlumatda deyilir.