Bakı. Trend:
"İnter" və "Bavariya" Fransanın "Marsel" klubunda çıxış edən Luis Enrike Limanın transferi ilə maraqlanır.
Trend xəbər verir ki, 23 yaşlı braziliyalı vinger İtaliya və Almaniya nəhənglərinin diqqət mərkəzindədir. Milan klubunun skautları Enrikenin oyununu yüksək qiymətləndirir, lakin "Bavariya" da transfer uğrunda mübarizəyə qoşulub.
"İnter"in baş məşqçisi Simone İnzaqi, Enrikenin hücum xəttində universallığını yüksək dəyərləndirir. Braziliyalı futbolçu bir neçə mövqedə oynamaq bacarığı ilə seçilir.
Luis Enrikenin transfer dəyəri 30 milyon avro qiymətləndirilir. Cari mövsümdə o, Fransa çempionatında 27 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.