...

ABŞ İrana PUA istehsalına kömək etdiyinə görə altı şirkətə sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 1 Aprel 2025 22:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ hökuməti Vaşinqtonun İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verdiyini iddia etdiyi altı qurum və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.

Bildirilib ki, məhdudiyyətlər "Qods Aviation Industries" şirkətinin maraqlarına uyğun olaraq "İran, BƏƏ və Çində pilotsuz uçuş aparatlarının komponentlərinin alınmasına cavabdeh olan altı müəssisə və iki fiziki şəxsdən ibarət şəbəkəyə" şamil ediləcək. Qeyd edilib ki, bu şəbəkə İranda PUA istehsalı ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti