...

Azərbaycanın büdcə gəlirlərində vergi-gömrük orqanlarının payı neçə faizə çatdırılıb?

İqtisadiyyat Materials 1 İyul 2024 18:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın yenidən baxılmış və bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat məbləğində proqnozlaşdırılır ki, bunun da 21 milyard 705 milyon manatını və yaxud 59,65 %-ni vergi-gömrük orqanları təmin edəcək.

Trend xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcə öhdəliyi 13 milyard 865 milyon manatdan 15 milyard 270 milyon manata, Dövlət Gömrük Komitəsinin büdcə öhdəliyi isə 5 milyard 900 milyon manatdan 6 milyard 435 milyon manata çatdırılıb.

Beləliklə, büdcə gəlirlərindəki 2 milyard 215 milyon manat artımın 1 milyard 940 milyon manatı və yaxud 87,6 %-i vergi-gömrük orqanlarının üzərinə qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti