...

"Milli Vəhdət" partiyasının rəhbəri Makronun inzibati dövlət çevrilişinə hazırlaşdığını deyib

Dünya xəbərləri Materials 2 İyul 2024 16:25 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransada "Milli Vəhdət" partiyasının rəhbəri Marin Le Pen prezident Emmanuel Makronun inzibati dövlət çevrilişinə hazırlaşdığını bildirib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Le Pen bu fikirləri Makronun milli polis və jandarmeriya direktorlarını öz adamları ilə əvəz edəcəyinə dair məlumatların fonunda səsləndirib.

O bildirib ki, buna səbəb gələcək baş nazirin hakimiyyətini məhdudlaşdırmaq istəyi ola bilər.

Xatırladaq ki, Fransada 180-dən çox namizəd parlament seçkilərinin ikinci turunda iştirakdan imtina edib.

Makron və solçuların nümayəndələri birinci turdan dərhal sonra "Milli Vəhdət" partiyasına qarşı çıxış etməyə hazır olduqlarını bildiriblər. Onlar üçüncü yer tutanları ikinci turda iştirakdan imtina etməyə çağırıblar. Onların fikrincə, bununla da səslər "Milli Vəhdət" partiyasının əsas rəqiblərinə gedəcək.

"Milli Vəhdət" partiyasının lideri Bardella solçularla makronçuların bu ittifaqını pisləyərək "vicdansız və qeyri-təbii taktika" adlandırıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti