Azərbaycan, Bakı, 4 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Sənaye və Energetika Nazirliyi yanında Dövlət Qaz Nəzarəti İdarəsi yanvar-aprel aylarında sənaye müəssisələrində apardığı yoxlamaların nəticələri əsasında 100 fakt üzrə protokol tərtib edib. Bu barədə cümə günü Trend-ə idarənin rəhbəri Asif Zeynalov bildirib.
Onun sözlərinə görə, cəmi 4 ay ərzində 797 abunəçi ilə bağlı yoxlamalar aparılıb.
"Yoxlamalar zamanı qaz təsərrüfatının istismarında 232 çatışmazlıq faktı aşkar edilib", - Zeynalov qeyd edib.
Bu dövr ərzində 3 fakt üzrə avadanlığın istismara verilməsinə qadağa qoyulub, 51 halda İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsi əsasında cərimə (3000 manatadək) yazılıb, 39 halda isə İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsi üzrə cərimə (300 manatadək) yazılıb.