...

Azərbaycanın sənaye və energetika naziri kəşfiyyat qazma işlərində yoxlanılmış siyasət təklif edir

Energetika Materials 29 Mart 2007 18:19 (UTC +04:00)
Azərbaycanın sənaye və energetika naziri kəşfiyyat qazma işlərində  yoxlanılmış siyasət təklif edir

Azərbaycan, Bakı/ Trend müxbir İ.X / Dövlət Neft Şirkəti (ARDNŞ) perspektiv dəniz yataqlarında kəşfiyyat və hasilat planlarına malikdir. Bu barədə sənaye və eneregetika naziri Natiq Əliyev xəbər verib. Onun sözlərinə görə, bu gün ARDNŞ kəşfiyyat işlərinin artırılması üçün sərəncamında olan bütün imkanlarından istifadə edir. "Son mərhələdə istənilən çıxarma sənayesinin perspektivi ehtiyatlara əsaslanır", - deyə nazir bildirib.

Nazir hesab edir ki, "Son illər ərzində kəşfiyyat işləri kifayət qədər ixtisar olunub. "Hələ 90-cı illərdə qazma-kəşfiyyat işləri 17 dəfə ixtisar olunmuşdu, buna görə də hesab edirəm ki, kəşfiyyat işlərini artırmaq vacibdir və bu işləri bir çox strukturlarda etmək lazımdır. Bu, böyük vasitələr tələb edir. Kəşfiyyat işlərinin aparılması lazım olan strukturlarda dənizin dərinliyində işləmək çox çətinliklər törədir".

Onun sözlərinə görə, indi bir kəşfiyyat quyusu 10-15 il öncə ilə müqayisədə çox baha başa gəlir. Məsələn, "Zəfər-Məşəl" yatağında qazılan quyunun qiyməti 100 mln. dolları ötüb, "Naxçıvan" yatağınada isə - 70 mln. dollar.

On milyonlarla xərcləri nəzərə alaraq kəşfiyyat işlərində xüsusi yoxlama lazımdır, diqqətli və əsaslandırılmış siyasət, kompleks informasiyaları tam nəzərdə tutmaq lazımdır ki, quyular lazımi yerdə olsun və boş çıxmasın.

Xəbər lenti

Xəbər lenti