...

GPS-qurğular üçün Azərbaycanın marşrutlaşdırılmış funksional kartı genişləndiriləcək

Telekommunikasiya Materials 22 İyul 2010 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir H.Vəliyev/

"F.E.Tek" şirkəti (Azərbaycan ərazisində vətəndaşların istifadə etməsi üçün GPS-naviqasiya xidmətləri təklif edir) GPS-naviqatorlar üçün marşrutlaşdırılmış funksional kartın genişləndirilməsi ilə bağlı iş aparır. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

İşlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Marşrutlaşdırılmış kartın yenilənmiş versiyasında respublikanın bütün şəhər və yaşayış məntəqələri əks olunacaq. Garmin GPS-naviqatorlar üçün Bakının və Azərbaycanın marşrutlaşdırılmış kartı "gecə" və "gündüz" rejimlərinə, böyük detallaşdırmaya və çoxlu sayda ünvan və obyektlərə (məktəblər, universitetlər, poçt şöbələri və dövlət müəssisələri, yanacaqdoldurma məntəqələri, mağazalar, restoranlar, mehmanxanalar və digərləri), bütün yollar, küçələr və yaşayış məntəqələrinin şəbəkəsinə malikdir.

Garmin GPS-naviqatorların istifadəçiləri internet vasitəsilə marşrutlaşdırılmış kartı interaktiv olaraq yeniləyə bilərlər. İnteraktiv yenilənmə yaxın vaxtlarda buraxılacaq və ilk iki yenilənmədən istifadəçilər pulsuz istifadə edə biləcəklər.

Azərbaycanın marşrutlaşdırılmış kartında son yenilənmə ilin əvvəlində həyata keçirilib. Karta dəyişikliklər Sumqayıt şəhərində, Abşeron yarımadasında edilib, eləcə də Bakı şəhərinin ünvan sistemində məlumat bazasına əlavələr edilib.

Azərbaycanın interaktiv kartı Garmin-in lisenziyalaşdırılmış proqram təminatı əsasında yaradılıb, sındırılmalardan və digər aparatda surətinin çıxarılmasından müdafiə olunub.

Xəbər lenti

Xəbər lenti