Azərcell Telesom BM İndoneziyanın "Exelcomindo" operatoru ilə GPRS/MMS rouminq müqaviləsi bağlayıb. Bu xidmət İndoneziyada olan "Azercell" abonentlərinə "Exelcomindo"nun şəbəkəsinə qoşularaq GRPS/MMS xidmətindən istifadə etmək imkanı yaradacaq.
Trend agentliyi şirkətə istinadən xəbər verir ki, bundan sonra Azercell Telekom" və "Exelcomindo" arasında istifadəyə verilən yeni GPRS/MMS rouminq xidməti İndoneziyada işgüzar səfərdə və istirahətdə olanların daha rahat və geniş geşiddə xidmət almasına yardım edəcək.
"Azercell Telekom" BM artıq 24 ölkənin 39 operatoru ilə GPRS/MMS rouminq müqaviləsi imzalayıb.