...

ABŞ koronavirusun yayılmasında Çin və ÜST-ün rolunu araşdıracaq

Dünya xəbərləri Materials 14 Aprel 2020 10:42 (UTC +04:00)
ABŞ Senatının Daxili təhlükəsizlik və hökumət məsələləri Komitəsi koronavirusun yaranmasında və yayılmasında Çinin və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolunu araşdıracaq
ABŞ koronavirusun yayılmasında Çin və ÜST-ün rolunu araşdıracaq

Bakı. Trend:

ABŞ Senatının Daxili təhlükəsizlik və hökumət məsələləri Komitəsi koronavirusun yaranmasında və yayılmasında Çinin, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolunu araşdıracaq.

Trend-in məlumatına görə, bunu komitənin sədri, senator Ron Conson deyib.

Senator bildirib ki, epidemiyanın yayılmasında Çin ÜST, o cümlədən də ABŞ-ın reaksiyası araşdırılacaq:

"Bu virus harada başladı? Həqiqətən də heyvandan insana keçdi? Bəlkə Çində laboratoriyada digər viruslara qarşı dərman hazırlanarkən sızma baş verib? Biz, həmçinin ÜST-ün bu virus barədə məlumatlar gizlətməkdə rolunu araşdırmalıyıq".

Qeyd edək ki, bu günədək dünyada 1,9 milyondan çox insan koronavirusa yoluxub. Onlardan 119 719 nəfəri ölüb, 452 333 nəfəri sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti