...

Türkiyə və Ermənistan nümayəndələrinin görüşü ləğv edildi (YENİLƏNİB)

Dünya xəbərləri Materials 1 İyul 2024 20:09 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ankara Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşü ləğv edib.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-i diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - mənbə iddia edir.

KİV yazır ki, görüşün ləğvi və ya təxirə salınması hələ məlum deyil.

xxx

16:25

Türkiyə və Ermənistan nümayəndələri iyulun 2-də sərhəddə görüşəcək.

Trend xəbər verir ki, bu barədə Ermənistan KİV diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, görüş Ermənistan-Türkiyə sərhədində, ehtimalla "Marqara" nəzarət buraxılış məntəqəsi yaxınlığında keçiriləcək.

Qeyd edək ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bildirib ki, Türkiyə ilə uzun müddətdir ki, rəsmi görüş olmayıb, lakin yeni görüşün keçiriləcəyi barədə razılaşma var.

Onun sözlərinə görə, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır.

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi isə Sərdar Kılıçdır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti