...

“Tottenhem”dən 41 milyonluq transfer

İdman Materials 2 İyul 2024 14:47 (UTC +04:00)

Bakı. Trend:

“Tottenhem” heyətinə yeni futbolçu qatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi Arçi Qreylə müqavilə imzalayıb. 18 yaşlı yarımmüdafiəçi “Lids”dən transfer olunub. Onunla anlaşma 2030-cü ilin yayına qədər nəzərdə tutulub. Paytaxt klubu transfer üçün 41 milyon avro ödəyib.

Qeyd edək ki, ötən mövsümdə 52 oyun keçirən Qrey Çempionşipin ən yaxşı gənc futbolçusu seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti