...

Azərbaycan və Tacikistan arasında imzalanmış bir sıra sənədlər təsdiqlənib

Siyasət Materials 2 İyul 2024 15:37 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiqlənməsi barədə fərmanlar imzalayıb.

Trend xəbər verir ki, fərmanlara əsasən, 2024-cü il mayın 23-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti