...

ABŞ məhkəməsi Baydenin qadağasını ləğv edib

Dünya xəbərləri Materials 2 İyul 2024 15:33 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Luiziana ştatında məhkəmə Bayden administrasiyasının maye təbii qaz (MTQ) ixracına qoyduğu qadağanı ləğv edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.

Məhkəmənin qərarında deyilir ki, iddiaçıların qoyulan qadağanı məhkəməyə qədər ləğv etmək hüququ var.

İddiaçı olaraq çıxış edən 16 ştat Baydenin qadağasının federal qanunları pozduğunu bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden yanvarın 26-də MTQ ixracına lisenziyaların verilməsində müvəqqəti fasilə elan edib. Bayden administrasiyasından bildiriblər ki, bu qərar ABŞ-nin enerji təhlükəsizliyinə və iqlim dəyişmələrinə tədarüklərin təsirini öyrənmək məqsədi daşıyır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti