...

Fransada 180-dən çox namizəd parlament seçkilərinin ikinci turunda iştirakdan imtina edib

Dünya xəbərləri Materials 2 İyul 2024 14:38 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransada 180-dən çox namizəd parlament seçkilərinin ikinci turunda iştirakdan imtina edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Deputatlar bu addımı sağçı "Milli Vəhdət" partiyasının opponentlərinin qalib gəlməsinə imkan verməmək üçün atıblar.

Xatırladaq ki, ötən gün Fransada keçirilən növbədənkənar parlament seçkilərinin ilk nəticələrinə görə, ultrasağçı "Milli Vəhdət" partiyası 33,4 faiz səs çoxluğu ilə birinci yer tutub. Solçu "Yeni Xalq Cəbhəsi" isə 27,98 faiz səslə 2-ci yeri tutub. Fransa prezidenti Emmanuel Makronun partiyası isə seçkilərin ilk turunun nəticələrinə görə, 20,76 faiz səslə 3-cü yer tutub.

Makron və solçuların nümayəndələri birinci turdan dərhal sonra "Milli Vəhdət" partiyasına qarşı çıxış etməyə hazır olduqlarını bildiriblər. Onlar üçüncü yer tutanları ikinci turda iştirakdan imtina etməyə çağırıblar. Onların fikrincə, bununla da səslər "Milli Vəhdət" partiyasının əsas rəqiblərinə gedəcək.

"Milli Vəhdət" partiyasının lideri Bardella solçularla makronçuların bu ittifaqını pisləyərək "vicdansız və qeyri-təbii taktika" adlandırıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti