Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Szyansu əyaləti hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib.
Trend bu
barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər
verir.
Görüş zamanı Orta Dəhlizə yeni yüklərin cəlb olunması, iki ölkə
arasında qarışlıqlı əlaqələrin mövcud və gələcək inkişaf
perspektivləri, hər iki tərəfi maraqlandıran aktual məsələlər və
Azərbaycan ərazisindən keçən tranzit daşımaların Çin tərəfindən
subsidiyalaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Görüşün yekunu üzrə əməkdaşlığa dair memorandum imzalanıb.
Memorandum tərəflər arasında dəmir yolu nəqliyyatı sahəsində
ikitərəfli əlaqələrin inkişafı və Orta Dəhliz üzrə daşımaların
həcminin artırılmasına xidmət edəcək.
Qeyd edək ki, Szyansu əyaləti ilə əməkdaşlıq çərçivəsində Çinin bu
bölgəsindən Azərbaycana ilk blok qatarı iyunun 20-də yola düşüb və
yaxın günlərdə Bakıya çatacaq.