...

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 2 İyul 2024 04:31 (UTC +04:00)

Bakı. Trend:

“Air Europa” şirkətinə məxsus İspaniyadan Uruqvaya uçan “Boeing 787-9 Dreamliner” təyyarəsi turbulentə düşüb.

Trend-in məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər verib.

Məlumata əsasən, turbulentlik nəticəsində 30 sərnişin xəsarət alıb.

“Əllərində, üz və ayaqlarında sınıq və xəsarət alan sərnişinlər var. Təxminən 30 nəfər yaralanıb”, - deyə nəşr yazır.

Telekanalın məlumatına görə, təyyarə Madriddən Montevideoya uçurakən Braziliyanın Natal şəhərində təcili eniş etmək məcburiyyətində qalıb.

May ayında Sinqapur Hava Yollarına məxsus təyyarənin sərnişini güclü turbulentlik səbəbindən dünyasını dəyişmişdi.

Xəbər lenti

Xəbər lenti