...

Demokratlar Partiyası iyulda Baydenin prezidentliyə namizədliyini irəli sürərəcəklər

Dünya xəbərləri Materials 2 İyul 2024 06:12 (UTC +04:00)
Demokratlar Partiyası iyulda Baydenin prezidentliyə namizədliyini irəli sürərəcəklər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Demokratlar Partiyasının Milli Komitəsi prezident Co Baydenin rəsmi olaraq dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürməyi nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən.

Məlumata əsasən, prezident seçkilərində onun namizədliyi artıq iyulun ortalarında, yəni avqustda partiya qurultayından əvvəl irəli sürülə bilər.

"Baydenin potensial namizədlik tarixi, məsələ ilə tanış olan şəxslərə görə, Demokratlar Partiyasının Mandat Komitəsinin virtual islasının keçirələcəyi iyulun 21-dir", - deyə bildirilib.

Qeyd olunub ki ki, bu addım “prezidentin noyabr bülletenində olmasını təmin etmək və həmçinin ötən həftəki uğursuz debatlardan sonra onun dəyişdirilməsi ilə bağlı partiyadaxili söhbətləri yatırtmaq” məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti