Bakı. Trend:
İran İraq da daxil olmaqla, qonşu ölkələrlə münasibətləri möhkəmləndirməkdə qərarlıdır.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (1 aprel) İraq baş naziri Məhəmməd Şiya əl-Sudani ilə telefon söhbətində deyib.
Onun sözlərinə görə, qonşu ölkələrlə iqtisadi əlaqələrin və əməkdaşlığın gücləndirilməsi diqqət mərkəzində duran əsas məsələlərdən biridir.
Pezeşkian deyib ki, İran İraqla müxtəlif sahələrdə əldə olunan razılaşmaları icra etməkdə qətidir. Belə ki, bu, iki ölkə arasında əlaqələri daha da genişləndirəcək.
Telefon söhbətində İraq baş naziri Məhəmməd Şiya əl-Sudani də bildirib ki, İraq İranla dostluq münasibətlərini gücləndirmək istiqamətində addımlar atır.