Bakı. Trend:
Romada İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
xxx
14:14
İranın nüvə proqramı ilə bağlı ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar prosesinin ikinci raundu İtaliyanın paytaxtı Romada start götürüb.
Trend xəbər verir ki, bu barədə xarico KİV-lər məlumat yayıb.
Məlumata görə, İrandan nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Araqçı başçılıq edir, Amerika komandasına isə ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. Qeyd olunur ki, mətbuata qapalı görüş Oman səfirinin iqamətgahında keçirilir.
Qeyd edək ki, bundan əvvəlki danışıqlar Omanın vasitəçiliyi ilə Maskat şəhərində keçirilmişdi.