...

Roma Papasına film çəkildi - Filmin adı isə... (VİDEO)

Mədəniyyət Materials 14 Mart 2018 12:46 (UTC +04:00)
Roma Papası I Fransiskə həsr olunmuş sənədli film çəkilib.
Roma Papasına film çəkildi - Filmin adı isə... (VİDEO)

Bakı. Orxan Nəbiyev - Trend:

Roma Papası I Fransiskə həsr olunmuş sənədli film çəkilib.

Trend-in məlumatına görə, film Papanın fəaliyyətinin 5 illiyinə həsr olunub və onunla müsahibə şəklində ərsəyə gətirilib.

Hollivud rejissoru Vim Vendersin çəkdiyi filmdə Papa Fransisk ölüm, sosial ədalət və bərabərsizlik, miqrasiya, ekologiya, ailə məsələləri kimi mövzulardan danışıb.

“Papa Fransisk: Vədinə sadiq insan” filmi mayın 18-dən ABŞ-da və digər ölkələrdə kinoteatrlarda nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti