...

Gürcüstanda Azərbaycanla sərhədə qədər olan yolun tikintisinin tamamlanacağı vaxt açıqlandı

Gündəm Materials 29 İyun 2024 15:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla sərhədə qədər olan yeni Tbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəal şəkildə davam edir və bu il başa çatdırılacaq.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib.

Bu yol Tbilisi və Kaxeti bölgəsini birləşdirən əsas magistralın, eləcə də, Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizinin bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti