...

UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

Cəmiyyət Materials 30 İyun 2024 13:02 (UTC +04:00)
UNEC rektoru abituriyent və valideynləri görüşə dəvət edir

Bakı. Trend:

Universitet və ixtisas seçimi ərəfəsində hər bir abituriyent və valideyn həyəcanlı anlar yaşayır. Bu anlarda sizə dəstək olmaq və həyəcanınızı bölüşmək üçün UNEC rektoru professor Ədalət Muradov hər birinizi görüşə dəvət edir.

UNEC-in təhsil imkanları və ixtisas seçimi ilə bağlı sizi maraqlandıran sualların birbaşa rektor tərəfindən cavablandırılmasını istəyirsinizsə, bu fürsəti qaçırmayın!

2 iyul, saat 10:00-da hər birinizi böyük məmnuniyyətlə universitetimizdə gözləyirik.

Məkan: Əsas tədris binası (İstiqlaliyyət küçəsi 6).

Əlavə məlumat üçün əlaqə: 4926043

Məqalədə:
Xəbər lenti

Xəbər lenti