...

5 800 manat pulu dələduzluq yolu ilə alan şəxs saxlanılıb

Gündəm Materials 2 İyul 2024 11:16 (UTC +04:00)

Bakı. Trend:

Sumqayıt şəhər sakini olan bir nəfərin 5 800 manat pulunun dələduzluq yolu ilə alınması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti