Bakı. Trend:
Koreya Respublikası KXDR ilə sərhədə yaxın poliqonlarda təlimləri bərpa edib.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
Məlumata əsasən, təlimlər altı il əvvəl gərginliyi azaltmaq üçün ikitərəfli razılaşmalar çərçivəsində dayandırılmışdı.
Qeyd olunub ki, artilleriya təlimləri Kyonqqi və Qanqvon vilayətlərində baş tutub. Təlimlərə K-9 özüyeriyən artilleriya qurğularını cəlb edilib.