...

Dağıstanda terror aktı: ölənlərin sayı 22 nəfərə çatıb

Dünya xəbərləri Materials 1 İyul 2024 17:43 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Dağıstanda iyunun 23-də baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 17 nəfər polis əməkdaşı olub.

Öldürülən şəxslərdən birinin isə ötən ilin oktyabr ayında Mahaçqala hava limanındakı iğtişaşların iştirakçısı olduğu qeyd olunub.

Xatırladaq ki, iyunun 23-də Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti