...

Azərbaycan millisinin futzalçısı karyerasını “Astana”da davam edəcək

İdman Materials 1 İyul 2024 12:42 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan millisinin futzalçısı Rövşən Hüseynli karyerasını yenidən ölkə xaricində davam etdirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper “Astana” klubunun qapısını qoruyacaq.

O, bundan əvvəl Qazaxıstan “Atırau”sunda çıxış edib. Qazaxıstana yollanana qədər Hüseynli “Araz-Naxçıvan”ın da üzvü olub, bu komanda ilə dəfələrlə Azərbaycan çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti