...

İmişlidə baş verən yol qəzasında sürücü öldü, oğlu xəsarət aldı

Hadisə Materials 1 İyul 2024 10:07 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İmişlidə baş verən qəzada 39 yaşlı sürücü hadisə yerində ölüb.

Trend xəbər verir ki, hadisə İmişli şəhərində baş verib.

İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Quliyev Xəlil Akif oğlu idarə etdiyi “Mercedes” markalı avtomobili maneəyə çırpması nəticəsində aşırıb.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sürücünün oğlu 2018-ci il təvəllüdlü Quliyev Akif Xəlil oğlu isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti