...

Makronun koalisiyasının məğlubiyyəti səriştəsiz siyasətin nətcəsidir - Deputat

Siyasət Materials 2 İyul 2024 12:05 (UTC +04:00)
Makronun koalisiyasının məğlubiyyəti səriştəsiz siyasətin nətcəsidir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransada keçirilən növbədənkənar parlament seçkilərinə Prezident Emmanuel Makronun koalisiyasının məğlubiyyəti bugünə qədər Makronun həyata keçirdiyi səriştəsiz siyasətin nətcəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, son dövrlərdə Makronun apardığı həm daxili, həm də xarici siyasət xalq tərəfindən bəyənilmirdi.

“Ölkə daxilində tez tez baş verən etiraz aksiyaları, etirazçılara qarşı polis zorakılığı xalqla iqtidar arasında gərginliyin pik həddə olduğunu, xalqın Makron hakimiyyəyinin siyasətindən narazı qaldığını aydın şəkildə ortaya qoyurdu. Ona görə ki, Makron hakimiyyəti siyasətini ölkə daxilində problemlərin həlli deyil, digər bölgələrə müdaxilə, müstəmləkəçilik, separatizmə dəstək, Ermənistanı silahlandırmaq üzərində qururdu. Məhz Makron hakimiyyəti dönəmində əhalinin rifahə xeyli pisləşib. Belə ki, Fransa xalqının sosial iqtisadi vəziyyəti 2 dəfə aşağı düşüb, inflyasiya 11 faiz yüksəlib. Pensiya islahatları isə sosial partlayışla nəticələnib. Eyni zamanda Fransa xarici siyasətini də dügün qura bilmədi, böyük uğursuzluqlara düçar oldu, Afrikadan qovuldu”, - deyə deputat qeyd edib.

A.Həsənova diqqətə çatdırıb ki, hazırda da seçkilərin nəticələri açıqlandıqdan sonra Fransada etiraz dalğas başlayıb.

“Məlumatlardan da aydın olur ki, nümayişçilər yanğınlar törədib, mağazaların vitrinlərini sındırıb və polis hər zamankı kimi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir. Bütün bunlar bir daha xalqın Makron hakimiyyətindən ciddi şəkildə narazı qaldığını bir daha ortaya qoyur”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti