Bakı. Trend:
2026-cı ildə Azərbaycanın neft hasilatının sutkada 0,62 milyon barrelə çatacağı gözlənilir.
Trend-in məlumatına görə, ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) 2025-ci il üçün proqnozunu sutkada 0,63 milyon barrel səviyyəsində saxlayıb.
EIA-nın proqnozlarına görə, Azərbaycanda neft hasilatı 2025-ci ilin birinci rübündə gündəlik orta hesabla 0,61 milyon barrel, ikinci rübdə isə gündəlik 0,62 milyon barel olacaq. Üçüncü və dördüncü rüblərdə isə gündəlik 0,64 milyon barrelə qədər daha da artım gözlənilir.
2026-cı ildə hasilat birinci rübdə sutkada 0,63 milyon barrel olacaq, ikinci rübdə isə gündəlik 0,62 milyon barrelə qədər azalacaq. Gələcəkdə üçüncü və dördüncü rüblərdə hasilatın gündəlik 0,61 milyon barrelə qədər azalacağı proqnozlaşdırılır.
2024-cü ildə Azərbaycanın orta neft hasilatı sutkada 0,60 milyon barrel olacaq ki, bu da 2023-cü ildəki gündəlik 0,63 milyon barrel səviyyəsindən bir qədər aşağı olacaq.
Qeyd edək ki, bu ilin on bir ayında Azərbaycanın neft hasilatı 26,5 milyon ton, ixrac isə 22,2 milyon ton təşkil edib.