Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın ərazi kimliyi ilə bağlı açıqlamaları geniş mübahisələrə səbəb olub.
Trend xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Helsinkidə Şimali və Baltikyanı ölkələrin sammitindən sonra jurnalistlərə açıqlama verib.
“Bütün bunlar müəyyən narahatlıq doğurur”, - deyə Baş nazir vurğulayıb.
Yanvarın 7-də Tramp bildirib ki, ABŞ-ın milli təhlükəsizliyini təmin etmək məqsədilə Qrenlandiya ölkənin bir hissəsi olmalıdır. Bu bəyanat beynəlxalq arenada müxtəlif reaksiyalarla qarşılanıb.