Bakı. Trend:
ABŞ Ermənistanda sərhəd patrulu dəstəsi yerləşdirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Vaşinqtonda Ermənistanla strateji tərəfdaşlıq komissiyasının sənədinin imzalanması mərasimi zamanı deyib.
“Biz Ermənistanla təhlükəsizlik və müdafiə sahəsində də işləyirik və xüsusən də onun öz ərazisi üzərində müstəqilliyini və suverenliyini təsdiq etmək səylərini dəstəkləyirik. Gələn ay, yaxın həftələrdə Gömrük və Sərhəd Patrul komandamız sərhəd təhlükəsizliyi potensialının yaradılması, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və Ermənistanın sülhməramlı imkanlarının artırılması üçün erməni həmkarlarımızla işləmək üçün Ermənistana səfər edəcək”, - dövlət katibi Entoni Blinken izah edib.