Bakı. Trend:
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri, cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu faciəvi qəza nəticəsində həyatını itirən bacı-qardaşlarımıza Allah-Taaladan rəhmət diləyir, onların kədərli ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Qəza nəticəsində yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.
Dost və qardaş Azərbaycanın kədərini səmimi-qəlbdən bölüşürük.
Fürsətdən istifadə edərək Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm".